EN

Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlim maliyyələşdirməsi məqsədi barədə razılığa gəlmədən tərk etməyə icazə verə bilməz - Saymon Stil

Bakı. Trend:

Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlimmaliyyələşdirməsi məqsədi barədə razılığa gəlmədən tərk etməyiqətiyyən icazə verə bilməz.

Trend xəbər verir ki, bunuBMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil Bakıdakeçirilən İqlim dəyişmələri ilə mübarizə üzrə Dünya LiderlərininSammitinin açılışında bildirib.

"İqlim dəyişikliyinə qarşı daha cəsarətli addımlar iqtisadiimkanlar və ümumi rifah yaradılmasına səbəb ola bilər. Ucuz vətəmiz enerji iqtisadiyyatınızın təməli ola bilər. Bu, daha çox işyerləri, daha çox iqtisadi artım, şəhərləri boğan çirklənməninazalması, daha sağlam vətəndaşlar və inkişaf edən müəssisələrdeməkdir.

Milyardlarla insan hökumətlərinə COP29-u qlobal iqlimmaliyyələşdirmə məqsədinə çatmadan tərk etməyə icazə verə bilməz.Buna görə mənim buradakı və paytaxtlardakı liderlərə mesajımbelədir: ambisiyalı nəticələr gözlədiyinizi aydın şəkildə bildirin.Danışıqlar aparan nümayəndələrinizə tapşırıq verin: niyyətnümayişini bir kənara qoyun – dərhal qarşılıqlı anlaşma nöqtələriniaxtarmağa keçin.

Bizim, həmçinin, yeni milli iqlim hədəfləri və planlarının – NDC(Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) hazırlanmasında sizinbirbaşa iştirakınıza ehtiyacımız var ki, hamınız ekoloji təmizenerji və iqlimə davamlılıq inkişafının faydalarından yararlanabiləsiniz", — deyə o bildirib.

S.Stil əlavə edib ki, indiki çətin dövrlərdə ümidsizliyəqapılmaq – bir strategiya deyil və buna yer yoxdur.

"Bizim proses dayanıqlıdır və inkişaf edəcək. Nəticədə,beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olmasıüçün yeganə yoldur. Düşünmə vaxtı bitdi, gəlin işə başlayaq", —deyə o vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
45
2
az.trend.az

3Sources