EN

“Müğənnilər elə danışırlar ki, qayınata və qayınanaların xoşuna gəlsinlər”

Əməkdar artist Lalə Məmmədova bəzi həmkarlarının efirdə etdikləri açıqlamaları tənqid edib.

Bu barədə ifaçı “Pərvizə görə” verilişində danışıb.

Müğənni efirdə ailədən danışan ifaçılardan söz açıb:

“Qəribədir sənətçilərin arasında da gəlin obrazları çoxdur. Hətta el şənliklərində belə gəlin qədər nazlanan analar, baldızlar görürəm. Elə olub ki, dilimə gətirirəm, deyirəm, gəlin budur, ya o? Hələ çıxış edən sənət yoldaşlarım var. Ad çəkməyəcəyəm. Başa düşürəm, toy bazarıdır, müəyyən kütlə yığmaq istəyirlər ki, sabahlarından rahat olsunlar. Çıxıb ailə-məişət mövzusunda elə fikirlər sözləyirlər ki, qayınanaların, qayınataların xoşuna gəlsinlər. Deyir, filan şey belə olmalıdır, gəlin bunu belə etməlidir. Baxıb deyirəm ki, hə… Yəni buna baxan desin ki, nə ağıllı danışır, deyir, gəlin mənim süpürgəmdir, bunu toya çağıraq. Hələ “Xalqa borcluyam” deməkləri mədəni məsələdir. Nə məqsəd güdür, özləri bilər. Lakin bir də var, açıq-aşkar belə danışır. Baxıram ki, buna qulaq asan, belə cahil fikirlərə dəstək verən adamlar onu toya, filan yerlərə də aparacaqlar”. (Axşam.az)

Chosen
56
7
musavat.com

8Sources