“Atletik”in (Bilbao) futbolçusu Niko Uilyams mövsüm sonu La Liqa klubundan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, 22 yarımmüdafiəçinin xidmətində PSJ və “Arsenal” klubları maraqlıdı. Hər iki komanda ispaniyalı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır.
Onun “Atletik”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.