EN

COP29-da kondisionerlərin istehlak etdiyi enerji müzakirə olundu

Kondisionerlər elektrik enerjisi istehlakının artmasının əsas səbəblərindən biridir və buna görə də enerji səmərəliliyi standartlarına yenidən baxmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol COP29-un “Nazirlər dialoqu: üçqat bərpa olunan enerji və ikiqat enerji səmərəliliyinə sərmayələrin genişləndirilməsi ” adlı tədbirində deyib.O bildirib ki, bu gün ABŞ və Yaponiyada ev təsərrüfatlarının 90 faizində kondisioner var: “ Nigeriyada bu rəqəm 5, İndoneziyada 15 , Hindistanda 20 faizdir. Artan gəlir səviyyəsi və iqlim dəyişikliyinin təsiri səbəbindən insanlar kondisioner alır. Məsələn, İndoneziya və ya Afrikada kondisioner işlətmək Yaponiyadan üç dəfə çox elektrik enerjisi tələb edir. Kondisionerlər üçün enerji səmərəliliyi standartlarımız yoxdursa, bu, enerji israfına səbəb olacaq. Ona görə də biz enerji səmərəliliyi standartlarına yenidən baxmalıyıq ”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
24
konkret.az

1Sources