EN

Ərdoğan Bakıdan çağırış etdi: 100 milyon ton...

Gələcək nəsillər üçün sağlam dünyanı qorumaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən l BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP) çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, “0 tullantı” layihəsi Türkiyənin iqlim dəyişikliyi ilə mübarizəsinə töhfə verir:

“Əlbəttə, bu işlər ciddi iqtisadi xərclər hesabına başa gəlir”.

Ərdoğan 2035 il üçün karbonu 100 milyon ton azaltmağı hədəflədiklərini bildirib.

Dövlət başçısı Türkiyənin iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr sırasında olduğunu vurğulayıb:

“2053-cü ilə qədər tamamilə sıfır emissiyaya nail olmaq və “Yaşıl inkişaf” baxışımız çərçivəsində iqtisadiyyatda əsas sektorlarında dəyişikliklərə doğru gedirik. Yaşıl maliyyə strategiyasını həyata keçirmək istiqamətində səylərimiz davam edir. Emissiya ticarət sistemini də ehtiva edən “İqlim haqqında” qanını çox yaxında Türkiyə parlamentinə təqdim edəcəyik”.

Chosen
11
6
axar.az

10Sources