EN

Qazaxıstan COP29-un keçirilməsində Azərbaycanı fəal dəstəkləyir - Zülfiyyə Süleymenova

Bakı. Trend:

Qazaxıstan COP29-un keçirilməsində Azərbaycanı fəaldəstəkləyir.

Bunu Trend-ə QazaxıstanRespublikasının prezidentinin beynəlxalq ekoloji əməkdaşlıq üzrəxüsusi nümayəndəsi Zülfiyyə Süleymenova Bakıda keçirilən COP29konfransı çərçivəsində bildirib.

"COP29 region üçün iqlim dəyişikliyi ilə mübarizədə özfəallığını nümayiş etdirmək üçün bənzərsiz bir fürsətdir. Ümidedirik ki, bu tədbir ekoloji problemlərin həllində fəal iştirakedən bölgələr üçün iqlim riskləri və imkanları barədəməlumatlılığın artırılması istiqamətində mühüm addım olacaq", -deyə o qeyd edib.

Zülfiyyə Süleymənova Qazaxıstan və Azərbaycanın iqlimtəşəbbüsləri çərçivəsində birgə fəaliyyətinin inkişaf edəcəyinə vəhər iki ölkə üçün müsbət nəticələr verəcəyinə əminliyinibildirib.

"Qazaxıstan və Azərbaycan artıq yüksək əməkdaşlıq səviyyəsinəçatıb, lakin hər iki tərəf əməkdaşlığın genişlənməsi üçün yeniyollar axtarır. Bu kontekstdə mövcud təşəbbüsləri dəstəkləməkdənəlavə, qarşılıqlı layihələr üçün yeni istiqamətlərimüəyyənləşdirmək də vacibdir", - deyə o əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
36
2
az.trend.az

4Sources