EN

Sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 35 nəfər həlak olub

.

Çinin Çjuhay şəhərində sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində ümumilikdə 35 nəfər ölüb, daha 43 nəfər yaralanıb.

Hələlik sürücünün qəsdən, yoxsa bilmədən bunu etdiyi məlum deyil.

Avtomobilin sürücüsü hadisə yerində intihara cəhd edib. Lakin o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda sürücü komadadır.

Hüquq-mühafizə orqanları araşdırma zamanı müəyyən edib ki, avtomobilin sürücüsü boşandıqdan sonra əmlak bölgüsü nəticəsində əsəbi vəziyyətdə olub və özünü idarə edə bilməyib.

Oxuməni.az

Chosen
36
4
oxumeni.az

6Sources