EN

Alparslan Bayraktar: Qaz və neftdən yaşıl enerjiyə sürətli keçid şansımız yoxdur

“Yaşıl enerjiyə keçid, karbonsuzlaşdırma ilə bağlı dünyanın iqlim dəyişiklikləri ilə mübarizədəki çağırışlarını yüksək qiymətləndirirəm”.

Bunu APA-ya açıqlamasında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, ancaq keçid də real və rasional əsaslarla olmalıdır: “Bizim xüsusilə qaz və neftdən çox sürətli şəkildə keçid etmək şansımız yoxdur. Çünki dünyada iqtisadiyyatın onurğası qalıq yanacaqlar üzərindədir. Burada təbii qaz xüsusilə əhəmiyyətlidir. Çünki yaşıl enerji dediyimiz qaynaqlar günəş, külək olmasa olmur. Məsələn, Günəş yoxdursa, külək elektrik yoxdur. Bunların yerinə bizim daha az emissiya edən təbii qazdan istifadə etməyimiz lazımdır. Çünki təbii qaz kömürdən daha az emissiya buraxır. Təbii qazdan elektrik istehsal etməliyik. Buna görə də təbii qazdan hələ bir müddət -2040-cı illərə qədər istifadə ediləcəyini düşünürəm”.

Chosen
40
apa.az

1Sources