EN

Putin əmr verdi: Trampın andiçmə mərasiminə qədər…

Rusiya Prezidenti Vladimir Putin Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Kursk bölgəsində əks-hücum əməliyyatına qərar verib.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri Britaniya kəşfiyyatı və NATO-dakı mənbələrinə istinadla məlumat yayıb.

“Kreml Ukrayna ilə müharibəyə son qoymaqla bağlı danışıqlarda daha güclü mövqe qazanmaq üçün Trampın andiçmə mərasimindən əvvəl bölgəni geri almaq istəyir. Məhz buna görə də Rusiya Müdafiə Nazirliyi Rusiya və Şimali Koreya hərbçilərindən ibarət 50 min nəfərlik zərbə qüvvəsini Kursk bölgəsinə göndərib”, – məlumatda qeyd olunub.

“Bild” nəşrinin analitiki Yulian Röpke rus qoşunlarının Ukrayna qüvvələrini çıxarmaq üçün üç gündür Kursk vilayətində böyük əks-hücum əməliyyatı keçirdiyini və böyük itkilər verdiyini bildirmişdi.

Ukrayna Müdafiə Nazirliyinə yaxın olan “DeepState” kanalı Vladimir Putinin regionun sürətli təmizlənməsi barədə bəyanatına baxmayaraq, rus qoşunlarının noyabrın ilk 10 günlüyündə uğur əldə edə bilmədiklərini yazıb. Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan yalnız 4 kv.km ərazi boz zonaya keçib. Hazırda isə Ukrayna ordusu Rusiya ərazisinin 611 kv.km-lik ərazisinə nəzarət edir.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasiminin 2025-ci ilin yanvarın 20-də keçiriləcəyi bildirilir.

Chosen
91
24
medianews.az

10Sources