EN

"Azərbaycan son dərəcə önəmli və həyati tədbirə ev sahibliyi edir"

Azərbaycan son dərəcə önəmli və həyati bir tədbirə ev sahibliyi edir.

Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyətinin rəhbəri, Əfqanıstan Milli Ətraf Mühitinin Mühafizəsi Agentliyinin baş direktoru Əxhəb Mövlayi Matiu Həq- Xalis “Real TV"-yə müsahibəsində deyib.

O bildirib ki, Əfqanıstan ən azı son üç COP tədbirində iştirak etməyib: “Məhz Bakıda keçirilən tədbirdə iştirak etmək Əfqanıstan icmasının səsini beynəlxalq ictimaiyyətə çatdırmağa kömək edəcək. Çünki Əfqanıstan iqlim dəyişikliyindən ən çox əziyyət çəkən dövlətlərdəndir. Odur ki, biz COP29-un əhəmiyyətini yüksək qiymətləndiririk”.

Agentliyin baş direktorunun sözlərinə görə, Əfqanıstan iqlim dəyişikliyi ilə mübarizədə müəyyən addımlar atmağa başlayıb.

Chosen
4
4
publika.az

5Sources