EN

Trampdan "müharibəyə son verin" mesajı

ABŞ-nin 47-ci Prezidenti Donald Tramp Fələstin Prezidenti Mahmud Abbasla telefonla danışıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi WAFA məlumat yayıb. 

Tramp Fələstin Prezidenti ilə telefon danışığında müharibənin dayandırılması üçün çalışacağını və regionda sülhü təmin etməyə hazır olduğunu bəyan edib.

Görüş zamanı M.Abbas ədalətli və hərtərəfli sülhə nail olmaq üçün Trampla işləməyə hazır olduğunu bildirib.

Chosen
23
cebheinfo.az

1Sources