EN

Bakıdakı COP29 təntənəsi Qərbin məğlubiyyəti, ölkəmizin və planetimizin zəfəridir!

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Qərbin siyasətindəki ikili məqamlara diqqət çəkib, onların COP29-la bağlı məkirli mövqeyini ifşa edib. Prezident bildirib ki, bəzi Qərb dairələri COP29-un boykotuna nail olmağa çalışsa da, onların bu niyyəti baş tutmayıb:

 

“Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

 

Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlətimizin başçısı bildirib”.

 

İlham Əliyevin də çıxışından bəlli olduğu kimi, Qərbdəki anti-Azərbaycan dairələri COP29-u boykot etməyə, sammitdə mümkün qədər az dövlətin iştirakına nail olmağa çalışır, bununla da dünya dövlətlərinin Bakıya etimad göstərmədiyi, Azərbaycanın beynəlxalq aləmdə demokratik, sivil ölkə kimi qəbul edilmədiyi təəssratı yaratmağa çalışırdı. Lakin Qərbin bütün ciddi-cəhdinə, ümid və gözləntisinə rəğmən, Bakı COP29-un yüksək səviyyədə təşkilinə nail oldu. İlham Əliyevin də qeyd etdiyi kimi, sammitdə yalnız prezident, vitse-prezident və baş nazir səviyyəsində 80 dünya liderinin iştirakı beynəlxalq tədbirə verilən önəmlə yanaşı, həm də Azərbaycana, onun təşkilatçılığına və dövlət kimi nüfuzuna verilən qiymət idi. COP29-a kütləvi axın sübut etdi ki, Qərbdəki müəyyən dairələrin hansı yalanlara əl atmasından və nə düşünməsindən asılı olmayaraq, bu sammit miqyas və təşkilati baxımdan öz məqsədinə çatıb. İlham Əliyev Qərbdəki anti-Azərbaycan qüvvələrini növbəti dəfə məğlub edib, ölkəmizin inkişafına, dövlətimizin yüksəlişinə əngəl ola biləyəcəklərini onlara bir kəs daha xatırladıb.

 

Bəli, Bakıdakı COP29 təntənəsi Qərbin məğlubiyyəti, Azərbaycanla yanaşı, həm də bütün planetin zəfəridir. Çünki bu sammit və orada alınan qərarlar btn planetin xilasına, onun ekloji təhlükəsizliyinə xidmət edir. Bu xilasa heç bir töhfə verməyən, əksinə mane olmağa çalışan Qərbdəki müəyyən dairələrən fərqli olaraq, Azərbaycanın COP29-un yüksək səviyyədə təşkilinə nail olması ölkəmizin tarixi nailiyyətidir. Bu nailiyyətin başında isə yenə də eyni isim – Prezidnt İlham Əliyev dayanır.

 

Seymur ƏLİYEV

Chosen
36
moderator.az

1Sources