EN

Məşhur Yapon şirkəti İsraildəki bütün mağazalarının fəaliyyətini dayandırdı

Yaponiyanın pərakəndə satış şirkəti "Seven&i Holdings" İsraildəki bütün mağazalarının fəaliyyətini dayandırdığını açıqlayıb.

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, "7-Eleven" mağazalar şəbəkəsinin sahibi olan "Seven&i" şirkəti İsraildəki 8 mağazasını tamamilə bağlayıb.

İsraildən çıxmaq qərarının "Orta Şərqdəki gərginliyin şirkətin fəaliyyət risklərini artırması səbəbindən" verildiyi vurğulanıb.

Şirkətin Yapon vətəndaşı olan bütün əməkdaşlarının artıq İsraili tərk etdiyi qeyd olunub.

"Teikoku Databank" kredit araşdırma şirkətinin məlumatına görə, "Seven&i" 2023-cü ilin oktyabrından sonra İsraildən çıxmaq qərarı verən ilk Yapon şirkəti olub.

İsraildə mağaza işlədən "yeganə böyük Yapon market şəbəkəsi" olan "Seven&i" ilk "7-Eleven" mağazasını 2023-cü ilin yanvarında Tel-Əvivdə açmışdı.

O dövrdə Yapon şirkəti İsrail üzrə mağaza şəbəkəsini 5-6 il ərzində genişləndirməyi planlaşdırdığını bildirmişdi.

İsraildə 92 Yapon şirkəti fəaliyyət göstərir

Məlumatlara görə, 2023-cü ilin oktyabr ayına olan vəziyyətə əsasən, 40 faizi istehsal sektorunda olmaqla, 92 Yapon şirkəti İsraildə fəaliyyətini davam etdirirdi.

Yapon mətbuatında Orta Şərqdəki vəziyyət səbəbilə İsraildə fəaliyyət göstərən Uzaq Şərq mənşəli şirkətlərin ya fəaliyyətlərini məhdudlaşdıracağı ya da ölkədən çıxacağı qeyd olunur.

Rəhim

Chosen
32
valyuta.az

1Sources