EN

"Lufthansa" Tel-Əvivə uçuşların ləğvini il sonuna qədər uzatdı

"Eurowings", "Swiss", "Brussels" və "Austrian Airlines"ın sahibi olan "Lufthansa" şirkətlər qrupu, Orta Şərqdəki hadisələrlə əlaqədar Tel-Əvivə uçuşların ləğvini 31 dekabr tarixinə qədər uzadıb.

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət bunu Orta Şərqdəki son hadisələrlə əlaqələnirib.

Xatırladaq ki, "Lufthansa" daha əvvəl İranın paytaxtı Tehran istiqamətində uçuşların 31 yanvar 2025-ə, Livanın paytaxtı Beyrut istiqamətində isə 28 fevral 2025-ə qədər ləğv edildiyini bildirmişdi.

İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən "Lufthansa" son dövrlərdə Orta Şərqə uçuşların dayandırması müddətini dəfələrlə uzadıb.

Rəhim

Chosen
28
valyuta.az

1Sources