EN

1 saat ərzində xərçəng hüceyrələrini məhv edə bilir -  Avstraliyalı elm adamlarından KƏŞF

1 1 saat ərzində xərçəng hüceyrələrini məhv edə bilir -

Xərçəng hər il milyonlarla insanı səssizcə məhv edir. Hüceyrələrin aqressiv böyüməsi ilkin mərhələdə heç bir yara izi qoymur və onlar görünən zaman xərçəng böyüməsi geri dönməz mərhələyə çatmış ola bilər. Elm adamları uzun illərdir ki, xərçəngin müalicəsi üçün tədqiqatlar aparırlar.

E-saglam.az xəbər verir ki, avstraliyalı alimlər bal arılarından alınan zəhərin laboratoriya şəraitində bəzi aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyini müşahidə ediblər.

Bildirilib ki, zəhərin tərkibindəki melittin maddəsi üçqat mənfi və HER2 müsbət olmaqla müalicəsi çətin olan iki növ döş xərçənginə qarşı sınaqdan keçirilib.

Bu kəşf həyəcan verici olsa da, alimlər daha çox iş görülməli olduğunu deyirlər.

Döş xərçəngi bütün dünyada qadınlarda ən çox rast gəlinən xərçəng növüdür.

Belə bir irəliləyiş Harri Perkins Tibbi Tədqiqatlar İnstitutunun və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları tərəfindən edilib.

Bu tədqiqatçılar bal arısının zəhərinin xərçəng hüceyrələrini öldürə biləcəyini müəyyən ediblər.

2020-ci ildə aparılan araşdırma beynəlxalq NPJ Nature Precision Oncology jurnalında dərc olunub. O, bal arısının zəhərinin üçlü mənfi döş xərçəngini və HER2 ilə zənginləşdirilmiş döş xərçəngi hüceyrələrini sürətlə məhv etdiyini aşkar edib.

Heç kim bal arısı zəhərinin və ya melitinin döş xərçənginin bütün müxtəlif alt növlərinə və normal hüceyrələrə təsirini müqayisə etməyib.

Onlar bal arısı zəhərini normal döş hüceyrələrində və döş xərçənginin klinik alt tiplərindən olan hüceyrələrdə sınaqdan keçiriblər.

Tədqiqat üçün mütəxəssislər Qərbi Avstraliya, İrlandiya və İngiltərədə 312 bal arısı və onun zəhərini araşdırıblar.

Araşdırma nəticəsində məlum olub ki, melittin 60 dəqiqə ərzində xərçəng hüceyrələrinin membranlarını məhv edə bilir və son dərəcə güclüdür. Melittin xərçəng hüceyrələrinin böyüməsi və hüceyrə bölünməsi üçün zəruri olan xərçəng hüceyrələrinin kimyəvi mesajlarını cəmi 20 dəqiqə ərzində azalda bilib.

Melittin bal arısı zəhərinin əsas komponentidir və onun quru çəkisinin təxminən 50%-ni təşkil edir. Bu, antiinflamatuar, antiviral və antimikrobiyal xüsusiyyətləri ilə tanınan kiçik və güclü bir peptiddir. Melittin hüceyrə membranlarını pozaraq işləyir, bu da onu elmi araşdırmalarda, xüsusən də xərçəng hüceyrələrini hədəf alaraq öldürə bilən xərçəng müalicəsində faydalı edir.

Lakin arı sancması vasitəsilə vurulduqda yerli ağrı, şişlik və qızartı da əmələ gətirir. Terapevtik potensialına baxmayaraq, melittin həssas şəxslərdə anafilaksi də daxil olmaqla allergik reaksiyalara səbəb ola bilər və tibbi yardım tələb edə bilər. Davam edən tədqiqatlar onun məqsədyönlü dərman çatdırılma sistemlərində istifadəsini araşdırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
82
32
e-saglam.az

10Sources