EN

Keçmiş prezidentin nəvəsi küçədə davaya düşdü - Güclə ayırdılar - FOTO

Türkiyənin onuncu prezidenti Əhməd Necdət Sezərin nəvəsi küçədə dava edənləri ayırarkən kameraya düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Beyoğlu səmtində Əhməd Necdət Sezərin nəvəsi Sabiha Sezər və dostu ilə motosikletçilər arasında mübahisə yaranıb. Bu zaman Sabiha Sezərin dostu silah çıxarıb. Keçmiş prezidentin başçısı oğlan atəş açmasın deyə özünü silahın önünə atıb.

Hadisə yerinə polislər gəlib, hər iki tərəf ifadəsi alınmaq məqsədi ilə idarəyə aparılıb. Tərəflər bir-birlərindən rəsmi şəkildə şikayət etməyiblər. Barışan tərəflər sərbəst buraxılıblar.

Əhməd Necdət Sezər kimdir?

Əhməd Necdət Sezər Türkiyənin 10-cu prezidentidir. O, 13 sentyabr 1941-ci ildə Afyonkarahisar şəhərində anadan olub və hüquq sahəsində təhsil alıb. Ankaradakı Türkiyə Universitetinin Hüquq Fakültəsini bitirib və karyerasına hakim kimi başlayıb. Daha sonra Türkiyə Konstitusiya Məhkəməsində çalışıb və 1998-ci ildə həmin məhkəmənin sədri vəzifəsinə təyin olunub. Əhməd Necdət Sezər 2000-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən prezident seçilib və 16 may 2000-ci ildən 28 avqust 2007-ci ilədək prezident vəzifəsində olub.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
21
1
milli.az

2Sources