EN

Çin və Hindistan neft idxalını azaldıb

Bu ilin sentyabrında da Rusiya Hindistan və Çinə neft tədarükündə lider olub. Musavat.com xəbər verir ki, bu, OPEK-in noyabr hesabatından aydın olur.

OPEK-in istinad etdiyi Vortexa analitik agentliyinin məlumatlarına görə, Rusiya sentyabr ayında Hindistanın ümumi neft idxalının 41 faizini təmin edib. Bu ölkəyə çatdırılan neftin 19 faizi İraq, 14 faizi Səudiyyə Ərəbistanı tərəfindən təchiz edilib. Hindistanın sentyabr ayında ümumi neft idxalı avqust ayı ilə müqayisədə 5 faizdən çox azalaraq gündə 4,5 milyon barelə düşüb.

Bundan əlavə, OPEK-in məlumatına görə, sentyabrda Rusiya Çinin ümumi neft idxalının 19 faizini təmin edib. Təchizatın təqribən 16 faizi Səudiyyə Ərəbistanı, 14 faizi Malayziya, 12 faizindən çoxu isə İraqın payına düşüb. Ümumilikdə, sentyabrda Çinin neft idxalı avqust ayı ilə müqayisədə 4 faiz azalaraq sutkada 11,1 milyon barel təşkil edib.

Musavat.com

Chosen
5
6
musavat.com

7Sources