EN

19 yaşlı müdafiəçi gətirdilər - Azərbaycanla oyunöncəsi dəyişiklik etdilər

İsveç millisinin heyətində UEFA Millətlər Liqası çərçivəsində Slovakiya və Azərbaycana qarşı oyunlar üçün dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç Futbol Birliyi məlumat yayıb.

Millinin düşərgəsinə 19 yaşlı müdafiəçi Nils Zetterstrem ("Malmö") dəvət olunub.

Buna səbəb millinin üzvü Huqo Larssonun ("Ayntraxt") zədələnməsi olub. Larssonun gələcək oyunlarda iştirakı sual altındadır.

İsveç millisinin Slovakiyaya qarşı görüşü 16 noyabr, Azərbaycana qarşı isə 19 noyabrda keçiriləcək.

Chosen
37
sportinfo.az

1Sources