EN

Avropa Kuboku: "Sabah" son matçına çıxacaq

“Sabah” basketbol klubu gun Avropa kubokunda sonuncu oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, G qrupunda yarışan Azərbaycan təmsilçisi 6-cı turda İsveçdə yerli “Norrçepinq Dolfins” komamdası ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Qrupun digər matçında “Marussi” (Yunanıstan) “Spiru” (Belçika) ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” 5 oyundan 5 xalla qrupda sonuncu yerdədir. Lider “Spiru”nun 10, 2-ci yerdəki “Marussi”nin 8, 3-cü pillədə qərarlaşan “Norrçepinq Dolfins”in isə 7 xalı var. 

Qrupda ilk 2 yeri tutan komanda növbəti mərhələyə yüksəlir. Bugünkq matçın nəticəsindən asılı olmayaraq, "Sabah" növbəti mərhələyə adlamaq şansını itirib.

Millimiz Polşa yığması ilə qarşılaşacaq

“Quba” yoxlama oyunu keçirəcək

"Sabah" Yunanıstanda da məğlub oldu

ABF beynəlxalq basketbol təşkilatına üzv olub

İsiah Pope: "Bu matç nəticə çıxarmaq üçün çox önəmli oldu"

Chosen
29
3
apasport.az

6Sources