EN

Beynəlxalq ekspert: "Kiçik ölkələrin ətraf mühiti böyük dövlətlər tərəfindən çirkləndirilir"

Təəssüflər olsun ki, kiçik ölkələrin ətraf mühiti onların ərazisi üzərində hakimiyyətini bərqərar etmiş böyük dövlətlər tərəfindən çirkləndirilir.

"Cebheinfo.az" xəbər verir ki, bunu BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin Bakı Təşəbbüs Qrupu tərəfindən COP29 çərçivəsində keçirilən “Eco-colonialism: The Environmental Legacy of Colonial and Neo-colonial Explotation” adlı müzakirədə deyib.

Onun sözlərinə görə, kolonializmdən əziyyət çəkən ölkələrin siyasi özünüidarəetməsi olmadığından daha böyük dövlətlər tərəfindən istismar edilirlər:

"Kiçik ölkələr öz daxili işlərini idarə edə bilmirlər, böyük ölkələrin diktəsinə məruz qalırlar. Bu, özünü iqtisadiyyatın məhv edilməsi, ətraf mühitin zəhərlənməsində göstərir".

"Cebheinfo.az"

Chosen
17
1
cebheinfo.az

2Sources