EN

Dinlərin, kinonun və tibbin müqəddəsdirdiyi, insanların sevmədiyi  23 rəqəmi

Numerologiya ilə məşğul olan elmi-lədun bilicilərinin dediyinə görə, belə bir inanc var ki, bütün hadisələrin bu və ya digər yolla, mütləq "23"lə əlaqəsi var.Maraqlıdır ki,  dinlərdə: xristianların da, müsəlmanların da, buddistlərin də inancında 23 rəqəmi müqəddəs hesab olunub. Məsələn, deyilənə görə, Qurani-Kərimin Hz.Məhəmmədə endirilməsi 23 il davam edib. Xristianlığın dini kitabı köhnə Ahitdə Adəm ilə Həvvanın 23 qızı olduğu göstərilir. Antik Çində insanlar ədədlərin cinsiyyətləri simvollaşdırdığına inanırdı. Cüt rəqəmlər qadınları, tək rəqəmlər isə kişiləri təmsil edərdi, sadə ədəd 23 isə kişiyə xas ən ideal rəqəm idi. Hətta antik Misir təqvimləri 23 iyulda başlayır.Tibb elmində də 23 rəqəmi önəmi ilə seçilir. Hər valideyn uşağının DNT-nə 23 xromosom ötürür. Qanın bütün bədəndə dövr etməsi 23 saniyə davam edir. İnsanlarda cinsiyyəti təyin edən 23-cü xromosomdur.Astologiya elmində də bu rəqəmin yeri var. Yerin oxu 23,5 dərəcə əyri olduğu elmi əsaslarla təsdiq olunub.Riyaziyyata görə isə 23 rəqəmi sadəcə 1-ə və özünə bölünən yeganə ədəddir. Mədəniyyət sahəsində də 23 rəqəmi ilə bağlı fikirlər var: 23 rəqəmi iki filmə mövzu olub; birincisi 1998-ci ildə çəkilən Alman filmi "23" , digəri isə baş rolunu Cim Kerrinin oynadığı "23 nömrə" adlı filmdir. Rassel Krounun baş rolunu oynadığı, Nobel mükafatlı yazar Con Naşı canlandırdığı "Ağıl oyunları" adlı filmdə, Professor Naş da 23 rəqəmilə bağlı bəzi fikirləri var idi. Naş cəmi 23 elmi məqalə yayımlamışdı. 23 rəqəminə qarşı antipatiya23 rəqəmi Avropa cəmiyyətində sui-qəsdin rəmzi kimi tanınır. (Bakı Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi, kontr-admiral Eduard Hüseynov 1993-cü il aprelin 23-də  yaşadığı binanın önündə qətlə yetirilib.)Bəs necə oldu ki, bu adi rəqəm insanlar tərəfindən bu qədər sevilmədi? Deyilənlərə görə , 23 rəqəmi qədim zamanlardan bəri fəalliyyət göstərən gizli "İlluminat" cəmiyyətinin əsas simvoluna çevrilmişdir. 1975-ci ildə bu mistik cəmiyyətin iki üzvü olan Robert Şı və Robert Anton Uilson məşhur "İlluminat" romanında həyatın gizli qalan tərəflərin, toxunaraq 23 rəqəminin inanılmaz bədbəxtliklərlə nə qədər əlaqəli olduğunu dəfələrlə vurğulayıblar. Məhz bu hadisələrdən sonra Avropa ölkələrində yaşayan insanlar bu rəqəmin qaranlıq tərəfinə inandılar.Məlumatlara görə ,  hətta gİzli hadisələrlə dolu olan "LOST" serialında , təyyarə qəzasından qurtulan adam sayı 23 idi və əsas qəhrəmanlar 23 nömrəli oturacaqda oturmuşdu. Əsas rollardan biri olan Kate"i həbs edənə 23 000 dollar pul mükafatı ayrılmışdı və serialda dünyanın sonunu gətirməkçün istifadə edilən rəəqmlərdən biri 23 idi. Serial boyu tez-tez 23 rəqəmi gündəmə gəlirdiBəs, 23 noyabrda planetimizdə hansı hadisələr baş verib?1961 – Campinas yaxınlığında (Braziliya), havaya qalxdıqdan qısa müddət sonra Argentinanın Aerolíneas Argentinas aviaşirkətinin De Havilland Comet 4 sərnişin təyyarəsi qəzaya uğrayıb, 52 nəfər həlak olub.1962 – Macarıstanın “Malev Airlines” şirkətinə məxsus İL-18D təyyarəsi Le Burje (Fransa) hava limanına enərkən qəzaya uğrayıb. Təyyarədə olan 21 nəfərin hamısı həlak olub.1962 – Amerikanın United Air Lines aviaşirkətinə məxsus Vickers 745D Viscount təyyarəsi Nyuarkdan Vaşinqtona uçarkən, lakin Howard County üzərində qəfildən ekipajın nəzarətindən çıxıb, yuvarlanaraq yerə düşüb. Fəlakət nəticəsində 17 nəfər həlak olub.1964 – Trans World Airlines-a məxsus Boeing B-707-331 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 73 nəfərdən 51-i dünyasını dəyişib.1976 – Yunanıstanın Olympic Airways şirkətinin NAMC YS-11A-500 təyyarəsi pis hava şəraiti səbəbindən başqa hava limanına göndərildikdən sonra dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 50 nəfərin hamısı həlak olub.1985-ci ilin 23 noyabr tarixindә Afinadan Qahirəyə yollanan vә Misir hava yollarına mәxsus olan sәrnişin tәyyarәsi qaçırılıb. Misir tәşlikәsizlik qüvvәlәrinin hәyata keçirdiyi әmәliyyat nәticәsindә tәyyarә Maltaya eniş edib. Әmәliyyat zamanı tәcavüzkarların da aralarında olduğu 60 nәfәr öldürülüb.1996-cı ilin 23 noyabr tarixindә Efiopiya hava yollarına məxsus sərnişin təyyarəsi qaçırılıb. Yanacağı bitәn tәyyarә Hind okeanına düşüb, nәticәdә 123 nəfər hәlak olub.Deməli, 23 noyabr tarixində təkcə təyyarə ilə bağlı hadisələrdə 374 nəfər ölüb. Bundan başqa 1946-cı ilin 23 noyabr tarixindә Fransa vә Şimali Vyetnam arasında müharibә başladı. Fransız donanması Şimali Vyetnamın Hai Phonq şәhәrini nәzarәtinә keçirib. Hücum nәticәsindә 6000 min mülki vәtәndaş hәlak olub. 1980-ci ilin 23 noyabr tarixindә İtaliyanın cənubundakı Avellino və Bazilikat bölgələrində 6.9 bal gücündə zəlzələ baş verdi. Zәlzәlә nәticәsindә Neapol şәhәrindә üç mindәn çox adam hәlak olub, 7 min 700 nәfәr yaralanıb, 250 min nәfәr evsiz qalıb.23 rəqəmi Azərbaycanın taleyindən də yan keçməyib. Ağdam, Füzuli, Cəbrayıl rayonları 23 iyul və avqust aylarında işğal olunub.Əntiqə Rəşid

Chosen
176
adalet.az

1Sources