EN

Azərbaycan - Estoniya oyununu o idarə edəcək

Azərbaycan milli komandasının noyabrın 16-da Estoniya yığması ilə Qəbələdə keçirəcəyi UEFA Milətlər Liqasının V tur oyununun hakim təyinatları açıqlanıb.

Milli.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
 
16 noyabr
 
Azərbaycan - Estoniya
Qəbələ şəhər stadionu. Saat 18:00
Baş hakim: John Beaton
Baş hakimin köməkçiləri: Daniel McFarlane, David McGeachie
Dördüncü hakim: Matthew MacDermid
VAR: Andrew Dallas
AVAR: Nicolas Walsh
(Hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Albano Janku (Albaniya)
UEFA nümayəndəsi: Ewa Gajewska (Polşa)

Milli.Az

Chosen
13
15
milli.az

10Sources