EN

NDC tərəfdaşlığı dünya ölkələrini dəstəkləməyə davam edir - Ruandalı nazir

Bakı. Trend:

Milli Müəyyən Edilmiş Töhfələr (NDC) tərəfdaşlığı iqlimlə bağlıöhdəliklərini icra edilə bilən planlara çevirməkdə dünya ölkələrinidəstəkləməyə davam edir.

Trend xəbərverir ki, bunu Ruandanın ətraf mühit naziri Valentin UvamariyaCOP29çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəlidialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün YolXəritəmiz” adlı tədbirdə deyib.

"NDC tərəfdaşlığı davamlı və ədalətli gələcəyi təmin etmək üçünkollektiv əzmimizi bir daha təsdiq edir. 2030-cu ilə qədər cəmialtı il müddətində istiləşməni 1,5 dərəcə Selsi səviyyəsindəsaxlamaq məqsədimiz təkcə ambisiya deyil, həm də konkret fəaliyyəttələb edir.

NDC tərəfdaşlığı iqlimlə bağlı öhdəliklərini milli inkişaf vədavamlılığı inkişaf etdirən fəaliyyət planlarına çevirməkdə dünyaölkələrini dəstəkləməyə davam edir", - o bildirib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
30
1
az.trend.az

2Sources