EN

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərini fürsətə çevirmək qabiliyyətinə malikdir - Murat Kurum

Bakı. Trend:

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qalan, eynizamanda, bu böhranı fürsətə çevirmək qabiliyyətinə malik olan birölkədir. Biz COP31-in sədrliyinə böyük əhəmiyyət veririk. PrezidentRəcəb Tayyib Ərdoğan Türkiyənin COP31-ə ev sahibliyinənamizədliyini bütün dünyaya açıqladı.

Trend xəbərverir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziriMurat Kurum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəTürkiyənin iqlim vizionu ilə bağlı açıqlamasında söyləyib.

COP31 üçün Türkiyənin əsas baxışını ortaya qoyan öhdəliklərindəndanışan nazir deyib: “Türkiyə sədrliyi dövründə inkişaf etmiş vəinkişaf etməkdə olan ölkələr arasında iqlim fəaliyyətinigücləndirən körpü olacaq. O, istisnasız olaraq bütün ölkələr üçüniqlim ədalətinə uyğun texnologiya axını və maliyyə paylaşımını tamdəstəkləyəcək. İqlimə davamlı və uyğun bir şəhər modelinin inkişafetdirilməsi nöqtəsində ən qətiyyətli addımları atacaq. Bütün gücüilə dünyanın kövrək bölgələrinin, xüsusən də Aralıqdənizi-Afrika-Sakit okean hövzəsinin dayanıqlığının artırılmasınadiqqət yetirəcək”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilədayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşılenerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığıüçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanınazaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şəraityaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
42
az.trend.az

1Sources