EN

U-19 yığmamız da seçmə mərhələyə uğursuz başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə start verib.

Arena.az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız İslandiya ilə üz-üzə gəlib.

Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunmuş qarşılaşmanı şotlandiyalı baş hakim idarə edib.

Elxan Abdullayevin yetirmələri seçmə mərhələyə uğursuz start veriblər. Komandamız iki cavabsız qolla məğlub olub.

Qeyd edək ki, U-19 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində İrlandiya və Moldova yığmaları ilə də qüvvəsini sınayacaq. Bu görüşlər noyabrın 16-da və 19-da baş tutacaq.

AÇ-2025-in seçmə mərhələsi
7-ci qrup
13 noyabr

Azərbaycan – İslandiya 0:2
Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).
Kişinyov, “Zimbru-2” stadionu.

Chosen
13
1
arena.az

10Sources