EN

Yalçın Rəfiyev: COP29 sədrliyi və SIDS Bakı Bəyannaməsini qəbul ediblər

Bu gün Azərbaycanın COP29 sədrliyi və Kiçik Ada Dövlətləri Alyansının (SIDS) sədri qismində çıxış edən Samoa hökuməti bu sammitin yekunları üzrə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin davamlı gələcəyi üçün onların səslərinin gücləndirilməsi məqsədilə Bakı Bəyannaməsini qəbul ediblər.

Bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bildirib:

"Bakı Bəyannaməsi beynəlxalq ictimaiyyəti SİD ölkələrinin iqlim dəyişikliyinin mənfi nəticələri ilə mübarizə səylərinə dəstəyi gücləndirməyə çağırır. COP29 Sədrliyi adından sizi əmin edirəm ki, tam dəstəyimizə güvənə bilərsiniz. Builki konfrans sadəcə danışıqlar deyil, həm də əməldir", - Y.Rəfiyev bildirib.

Yalçın Rəfiyev kiçik ada dövlətlərinin göstəriləcək dəstəyə tam şəkildə arxalana biləcəyini bəyan edib.

Onun sözlərinə görə, COP29 komandası çalışmalıdır ki, fondun fəaliyyəti başlasın:

Chosen
52
aznews.az

1Sources