19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk sınağından məğlub ayrılıb.
Fanat.Az xəbər verir ki, Elxan Abdullayevin çalışdırdığı kollektiv İslandiya ilə üz-üzə gəlib.
Moldovanın paytaxtı Kişinyovda reallaşan qarşılaşma təmsilçimizin 0:2 hesablı yenilgisi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 noyabrın 16-da İrlandiya, bundan üç gün sonra isə meydan sahibləri ilə qarşılaşacaq.