EN

Mikayıl Cabbarov COP29-da ölkələri karbon neytrallığı üzrə fəaliyyətlərini sürətləndirməyə çağırıb

Bakı. Trend:

Karbon neytrallığına nail olmaq üçün fəaliyyətlərisürətləndirmək lazımdır.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovİqlim Dəyişmələri üzrə COP29-un Liderlər Sammiti çərçivəsində"Əməkdaşlığın Gücü: Net-Zero üçün fəaliyyətlərin birləşdirilməsi"mövzusunda keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.

"Biz burada birgə əməkdaşlıq üçün varıq. Mənim cavabım üç əsastezis şəklində formalaşdırıla bilər. Birincisi, mən istərdim ki,bizim birgə səylərimizi qurmaq üçün faydalı ola biləcək prinsiplərinəzərdən keçirək. İkincisi — siyasət. Və nəhayət, üçüncüsü - özəlsektor və onun mühüm rolu ilə bağlı olacaq. Prinsiplərə gəldikdəisə, görürük ki, bəzi yanaşmalar bizim gözlədiyimiz nəticələriverməyib. Başlayaq inklüzivlik prinsipi ilə. Biz ilk dəfəAzərbaycan hökumətinin adına COP konfransında yanvarın əvvəlindəDavosda danışdıq. O zaman belə bir sual vardı: Azərbaycan öz işininecə təşkil edəcək? Biz inklüzivlik prinsipini əsas kimi təqdimedirik. Prosesin gedişində sahələrin istismar edilməsi vəmövzuların siyasiləşdirmə cəhdləri olub", - deyə nazirbildirib.

Onun sözlərinə görə, burada əsas və bəlkə də sadə sual odur ki,bu mövzunun bölücülük xəttlərini aşdığını qəbul edirikmi vəinklüzivlik həqiqətən daha effektiv nəticələrə gətirirmi?

"İkincisi, mən ədalət mövzusunu nəzərdən keçirmək istərdim.Ədalətlə mən maraqların balansını, inkişaf hüququnu, ideologiyanıvə elmi yanaşmanı nəzərdə tuturam. Əgər biz razılaşmasaqfəaliyyətləri koordinasiya etmək çətin olacaq. Üçüncü tezisimkoordinasiyanın təcililiyinə aiddir. Vaxt həqiqətən bitir: bizdəməlumat var və bu tapşırığı effektiv idarə etmək üçün nə qədər vaxtvə səy lazım olduğunu başa düşürük. Siyasət uyğunlaşdırılmalıdır",- M. Cabbarov əlavə edib.

Nazir qeyd edib ki, keçid tədbirləri, doğru sahələrəinvestisiyalar və istehlakçılardan, istehsalçılardan və biznesdənməsuliyyətli davranışın dəstəklənməsi məqsədlərə çatmağa köməkedəcək.

"Özəl sektorla bağlı hesab edirəm ki, bu yalnız hökumətlər və yaçoxtərəfli institutlar üçün məsələ deyil, ümumi təşəbbüs tələbolunur. Karbon bazarlarının fəaliyyət göstərməsi, mənim fikrimcə,getdikcə daha real olur. Biz həmçinin iri çoxtərəfli banklarınbirgə bəyanatını alqışlayırıq, onların yeni hədəflərini vəambisiyalarını elan etmələri bu sahədə yeni bir razılaşmaya doğrumühüm addım kimi qiymətləndirilir", - M. Cabbarov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources