EN

Avropa Mərkəzi Bankı maliyyə sisteminin yaşıllaşdırılması üçün qlobal səyləri birləşdirir

Avropa Mərkəzi Bankı (AMB) dünyanın 141 mərkəzi bankı ilə birlikdə ən böyük iqtisadiyyatlar və qalıq yanacaqla işləyən şirkətlər də daxil olmaqla maliyyə sisteminin yaşıllaşdırılması üçün şəbəkə yaradır.

Bunu AMB-nin İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri İren Heemskerk COP29 çərçivəsində keçirilən "Təbiət və iqlim üzrə xüsusi tədbirlər" adlı sessiyada deyib.

"Keçən il biz AMB-də Avropa şirkətlərinin su və təmiz hava kimi təbii xidmətlərdən asılılığı ilə bağlı araşdırma apardıq. Şirkətlərin 70 %-dən çoxu təbiətdən ciddi şəkildə asılıdır. Biz həmçinin müəyyən etdik ki, bankların 70 %-i belə şirkətlərə fəal şəkildə sərmayə qoyur. Biz maliyyə vəsaitlərinin böyük hissəsini təbiətin məhvinə deyil, qorunmasına yönəltməliyik. Biz təbiəti məhv etməklə iqtisadiyyatı məhv edirik", - deyə o vurğulayıb.

İ.Heemskerk həmçinin AMB-nin iqtisadiyyat üçün ekoloji risklərin qiymətləndirilməsinə köməklik göstərilməsini nəzərdə tutan "Mərkəzi banklar və nəzarət orqanlarının fəaliyyətinə rəhbərlik üçün konseptual çərçivələr" adlı nəşrini qeyd edib.

"Disiplinlərarası yanaşma vacibdir, çünki təbiətin mühafizəsi həyatın və iqtisadiyyatın qorunması deməkdir", - o əlavə edib.

© Report

Chosen
11
1
marja.az

2Sources