EN

"Bayern Münhen"in yetirməsi Krasnodar klubuna keçdi

"Bayern Münhen"in yetirməsi Leon Fust karyerasını Rusiyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, alman futbolçu 2-ci liqanın A divizionunda çıxış edən "Kuban"a transfer olunub. 

Krasnodar klubunun mətbuat xidməti sol cinah müdafiəçisinin keçidini rəsmən açıqlayıb.

21 yaşlı futbolçunun müqaviləsinin təfərrüatları barədə məlumat verilməyib.

Fust əvvəllər "Bayern"in ikinci komandasında, eləcə də Avstriyanın "Amstetten" klubunda çıxış edib.

Mirağa

Chosen
19
fanat.az

1Sources