EN

COP29-un Liderler Sammitində Cənab İlham Əliyevin Tarixi Çıxışı və Nəticələri

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında mühüm məqamlara toxunub. Ölkə başçısı deyib ki, əfsusar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

“Mənim sonuncu mesajım o dairələrdir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, – dövlət başçısı bildirib.

Təbii ki, COP29 siyasi bir tədbir deyil. Lakin tarixi həqiqətlərin iç üzü də məhz bu tədbirlə gələn qonaqlara bir daha baş salınacaq. Məsələn torpaqlarımıza olan düşmən işğalı, orada baş verən ekoloji terror və s. Həmçinin tədbirin prioriteti iqlim və digər ekoloji problemlərin həlli üçün təşkil edilib, lakin bununla belə ölkəmizə qarşı qarayaxma kampaniyalarının getdiyini görürük. Bu gün Bakıda dünyanın gələcəyi müzakirə edilir, amma bəzi ölkələr üçün öz cılız maraqları planetin maraqlarından üstündür.

Bu gün COP29-un boykot edilməsinin Azərbaycana heç bir mənfi təsiri yoxdur. Bu BMT-nin tədbiridir və edilən boykot BMT-yə edilir. Bundan başqa bu boykot həm də planetar məsələlərin müzakirəsinə edilir. Yəni göründüyü kimi Azərbaycanı hədəf gətirənlər etdikləri məsuliyyətsiz hərəkətin fəsadını görə bilmir.

Son olaraq qeyd edim ki, tədbirdə iştirak edənlərdən biri olaraq COP29-u boykot etməklə heç kim heç nə əldə etmədi. 72 min qeydiyyata alınmış iştirakçı var. Bu çox ciddi rəqəmdir. Və həm də boykotun fiaskoya uğraması deməkdir.

 

Sənan Hüseynov

ADNSU III kurs tələbəsi, Nyu-York Elmlər Akademiyasının üzvü

Chosen
30
6
heftelik.az

7Sources