Ermənistan Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün rəsmi ərizə təqdim etməyib.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün heç bir Ermənistan rəsmisi müraciət etməyib və qeydiyyatdan keçməyib”, - Mirzoyan bildirib.
Qeyd edək ki, COP29-da iştirak etmək üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi haqda məlumat yayılmışdı./Axar.az