Xatırladaq ki. S.Hacıyev 1961-ci ildə anadan olub. S.Hacıyev Kazan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İlk işinə Rusiyanın Samara şəhərində başlayıb. 7 ildən sonra Bakı Şəhər Prokurorluğunda böyük müstəntiq vəzifəsinə gəlib. Prokurorluq orqanlarındakı 11 illik fəaliyyətindən sonra Vergilər Nazirliyinin istintaq şöbəsində 7 il işləyib. Daha sonra Sumqayıtın və Bakı Hərbi Məhkəməsinin hakimi olub. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.