EN

Koreyalı müşahidəçi: COP29-dan müsbət nəticələr gözləyirəm

"Bakıda təşkil olunan COP29-da iştirak etmək çox gözəl və rahatdır. 2019-cu ildən ayrı-ayrı vaxtlarda iştirak etdiyim son COP tədbirləri ilə müqayisədə bura çox yaxşıdır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında dünyanın 75 ölkəsində 90-a yaxın layihəyə dəstək verən Hans Zaydel Fondunun müşahidəçisi Hyunah Çoi deyib.

Koreya və Azərbaycan arasında yaxşı dostluq əlaqələrinin olduğunu vurğulayan H.Çoi COP29-da maraqlı mövzuların cəmləşdiyini diqqətə çatdırıb: "Mən vətəndaş cəmiyyətinin təşkilatçılarındanam. Burada bizim öz pavilyonumuz var və çox gözəldir. Burada iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərimiz haqqında məlumat verirlər. Bildiyiniz kimi, yay mövsümündə Koreya bir çox ölkələrin də yaşadığı daşqın problemi ilə üzləşdi. Bir çox müşahidəçi kimi mən də COP29-dan müsbət nəticələr gözləyirəm".

1Sources