EN

Fransa - İsrail oyununda Fələstin bayrağına qadağa qoyuldu!

Sentyabrın 15-də Fransa yığması Millətlər Liqası çərçivəsində ''Stad de Frans''da İsraili qəbul edəcək.

Fransa prezidenti Emmanuel Makronun stadiondan canlı izləyəcəyi bu qarşılaşma ilə bağlı çox mühüm qərarlar qəbul edilib. Ötən həftə Çempionlar Liqasında PSJ fanatları ''Atletiko'' ilə ev oyunundan öncə tribunada nəhəng Fələstin bayrağı açmış və bu addım Fransa hökuməti tərəfindən heç də yaxşı qarşılanmamışdı. Parisin təhlükəsizlik xidmətinin rəhbəri Loren Nunyes İsrail ilə oyunda stadiona Fələstin bayrağı ilə gəlməyə qadağa qoyulduğunu qeyd edib. Ümumiyətlə tribunada yalnız Fransa və İsrail bayraqlarının qaldırılmasına icazə veriləcək.

Oyunu izləməyə gələnlər stadionun ətrafında iki dəfə təhlükəsizlik yoxlanışından keçməli olacaq. Onların şəxsiyyətləri bir-bir yoxlanılacaq. Bu prosesə icazə verməyənlər stadiona buraxılmayacaq. Meydana yaxın tribunalar boş saxlanılacaq. Oyun günü stadionun 1400 işçisindən əlavə təhlükəsizliyi 4000 polis və jandarma işçisi də təmin edəcək. Fanatlardan stadiona şüşə və çanta ilə gəlməmək tələb olunub. Bundan başqa oyun günü saat 15.30-dan etibarən stadionun ətrafındakı bütün dükanlar bağlanacaq. Bu arada İsrail rəsmiləri öz həmyerlilərinə mümkün qədər bu oyuna getməməyi məsləhət görüb. Onlar ötən həftə Amsterdamda ''Ayaks'' ilə Tel-Əviv ''Makkabi''si arasında baş tutan oyundan öncə və sonra yaşananların təkrar olunmasından çəkinirlər. Həmin qarşılaşma fanatlar arasında böyük çaxnaşmalarla müşayiət olunmuş və nəticədə 63 nəfər həbs edilmişdi.

ƏLİ

Chosen
39
football-plus.az

1Sources