EN

"Qəzza bölgəsində əsl fəlakət yaşanır, əhali büsbütün aclıq həddindədir" - Nebenzya

"Amerikalı həmkarlarımız İsrailin Qəzzada daha çox fələstinlini qətlə yetirməsi və bölgəni həyat üçün tamamilə yararsız zonaya çevirməsi üçün zaman udması məqsədilə bizi barmağına dolayıb..."
 
Rusiya BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı yeni qətnamə layihəsini dəstəkləyir və onun səsverməyə qoyulmasına çağırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qəzzada humanitar vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında bəyan edib. Məlumatı "Anadolu" agentliyi yayıb.
 
"Təhlükəsizlik Şurası ABŞ-ın səylərilə son zamanlar İsrail ilə HƏMAS arasında qarşıdakı aylarda sövdələşmə əldə ediləcəyi barədə ovsunlayıcı bəyanatlar fonunda iflic vəziyyətindən imkan daxilində tez bir zamanda çıxmalıdır", - o,
bəyan edib.
 
"Hərəkətə keçmək zamanı yetişib. Məhz buna görə də Rusiya Təhlükəsizlik Şurasının onlarla üzvü tərəfindən Qəzza ilə bağlı hazırlanan, dərhal atəşkəs və bütün girovların azad edilməsini tələb edən, vaxtı itirmədən səsverməyə qoyulmasına çağırış edən qətnamə layihəsini tamamilə dəstəkləyir", - Nebenzya bəyan edib.
 
O, qeyd edib ki, 2735 saylı qətnamə İsrail üçün yalnız zaman udması alətinə çevrilib. "Gəlin açıq deyək,
amerikalı həmkarlarımız İsrailin Qəzzada daha çox fələstinlini qətlə yetirməsi və bu ərazinin həyat üçün tamamilə yararsız zonaya çevrməsi üçün zaman udması məqsədilə bizi barmağına dolayıb", - rusiyalı diplomat qeyd edib.
 
"Yaxın zamanlarda Qəzzanın şimalında büsbütün aclığın gözləniləcəyi barədə proqnozlar xüsusilə həyəcan doğurur və təəssüf ki, bunun üçün əsaslar var. Belə şəraitdə İsrail Müdafiə Ordusu amansız hərbi əməliyyatını, dinc əhaliyə yeni əzablar yaşatmaqda davam edir. Müntəzəm artilleriya atəşləri və aviasiya zərbələri altında sağ qalan fələstinlilər daima bölgədə qida və sığınacaq axtarışında dolanmaqdadır", - Nebenzya davam edib.
 
"Bu zaman Qəzzada bütün baş verənlər İsrail hakimiyyətinin üzdəniraq "təhlükəsizlik bufer zonaları" yaradılması üzrə məqsədyönlü səylərinin bir hissəsidir. İsraillilərin belə hərəkətlərini biz indi Livanın cənubunda müşahidə edirik, orada "yandırılmış torpaq" taktikası nəticəsində mülki əhali mövcudluq vəsaitlərindən məhrum olur, o cümlədən kənd təsərrüfatı rayonları tamamilə yararsız hala salınır", - səfir qeyd edib.
 
Daimi nümayəndə diqqəti ona cəlb edib ki, Qəzzada fələstinli qadın və uşaqlara qarşı cəza tədbirlərini dayandırmaqdan imtina edən İsrail üstəlik beynəlxalq birlik tərəfindən çoxsaylı çağırışlara rəğmən, humanitar yardım tədarükünü məhdudlaşdırmaqda davam edir".
 
Onun sözlərinə görə, Qəzza bölgəsində getdikcə pisləşən vəziyyət fonunda İsrail hakimiyyəti BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Agentliyi və onun əməkdaşlarını qanundankənar elan edir.
 
"Bu qərar bütün region üçün ciddi sosial-iqtisadi nəticələrə səbəb olacaq. Biz Knessetin bu qərarını pisləyirik və ona dərhal yenidən baxmağa çağırış edirik", - Nebenzya deyib.
 
O, qeyd edib ki, məhz ABŞ qan tökülməsinin qarşısının alınmasına kömək etmək üçün bütün imkanlara malikdir".
 
"Bunun üçün amerikalı nümayəndələr ən azından Təhlükəsizlik Şurasının döyüş əməliyyatlarının dayandırılması ilə bağlı qərarlarını əngəlləməməli, bununla birlikdə İsrail hakimiyyətindən zərərçəkənlərə və ehtiyacı olanlara humanitar yardımın tam və maneəsiz çatdırılmasının nizama salınmasını tələb etməlidir", - Nebenzya qeyd edib.
Chosen
75
moderator.az

1Sources