EN

''Qalatasaray''ın yeni transferi yenə zədələndi

''Qalatasaray''ın bu mövsümkü yeni transferlərindən olan İsmael Yakobsun zədələrdən başı açılmır.

Seneqallı futbolçu artıq ikinci dəfə zədələnib. Daha öncə ''Antalyaspor''la oyunda zədələnən və ''Beşiktaş'', ''Elfsborq'', ''Tottenhem''ə qarşı oyunları buraxmalı olan 25 yaşlı futbolçu son turda ''Samsunspor''a qarşı oyunda meydana dönmüş və zədə üzündən fasilədə əvəzlənmişdi. Seneqal yığmasından da kənar qalan sol müdafiəçi əzələsini dartıb. Bu dəfə onun təxminən 4 həftə oynamayacağı və dekabrın ortalarında dönəcəyi gözlənilir.

Yayda ''Monako''dan transfer edilən Yakobs bu mövsüm ''Cim-Bom''da 10 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yazıb.

ƏLİ

Chosen
73
1
football-plus.az

2Sources