EN

Heydər Əliyev Sarayında "Oyanış" adlı konsert proqramı keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) evsahibliyi edir. Bu qlobal tədbir çərçivəsində MədəniyyətNazirliyinin təşkilatçılığı ilə qonaqların asudə vaxtını səmərəlikeçirmələri üçün müxtəlif bədii proqramlar – konsertlər, sərgilərvə təqdimatlar təşkil olunur. Noyabrın 13-də isə Heydər ƏliyevSarayında "Oyanış" adlı konsert proqramı təqdim edilib.

Trend-inməlumatına görə, Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrının təqdim etdiyi konserti, COP29-la bağlı Bakıya gələn birçox ölkənin dövlət və hökumət başçıları, rəsmilər və iqlimmütəxəssisləri izləyiblər.

"Oyanış" konserti, insanın təbiətlə vəhdətini bərpa etməsi vəbəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlənəzər salmağa təşviq edən müqəddəs bir ayin kimi nəzərdə tutulub.Bu tamaşa, suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurluvarlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən biroyanışdır. Bu tamaşa, həmçinin bəşəriyyətin keçmişdən bu günəsəyahət etdiyi bir mərhələni əks etdirir və təbiətə aid sənətəsərlərinin hər bir elementin tərkibində olduğunu vurğulayır.

Konsertin dirijoru, Azərbaycan Dövlət Akademik Opera və BaletTeatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist ƏyyubQuliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva,rejissoru və ssenaristi isə Françesko Bondi olub.

COP29 sessiyası, həmçinin Azərbaycanın zəngin tarixi və mədəniirsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Sessiyanoyabrın 22-dək davam edəcək və Azərbaycan Mədəniyyət Nazirliyinintəşkilatçılığı ilə bir sıra mədəni tədbirlər və təqdimatlarkeçiriləcək.

Noyabrın 15-də mədəniyyətə əsaslanan iqlim fəaliyyətinə həsrolunan Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşükeçiriləcək, burada rəsmilər, ekspertlər və qeyri-hökuməttəşkilatlarının nümayəndələri iştirak edəcək. Noyabrın 16-da isəBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC)çərçivəsində "İqlim üçün Mədəniyyət" təşəbbüsünə həsr olunansessiya və təqdimat təşkil ediləcək.

Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Heydər
Chosen
61
3
az.trend.az

4Sources