EN

Rusiyada qadın 22 uşağı zəhərləməkdə təqsirli bilinib

Bakı. Trend:

Omsk məhkəməsi 22 azyaşlının zəhərlənməsi ilə bağlı qərarçıxarıb. Təqsirləndirilən 64 yaşlı qadın, yeməkləri hazırlayarkənsanitar-epidemioloji qaydaları pozaraq, 22 uşağın zəhərlənməsinəsəbəb olub. Məhkəmə onu 6 ay müddətinə azadlığınınməhdudlaşdırılması cəzasına məhkum edib.

Trend xəbər verirki, bu barədə Omsk vilayətinin prokurorluğunun mətbuat xidmətiməlumat yayıb.

2023-cü ilin iyunun 23-dən 24-dək, 22 azyaşlı təqsirləndirilənqadının hazırladığı yeməkləri qəbul etdikdən sonra xəstələnib. Bəziuşaqların səhhətində yüngül problemlər aşkarlanıb. Məhkəməninqərarına əsasən, qadın, RNT Norovirus genotip 2 virusunundaşıyıcısı olaraq, Kuzbassdan Omska gələn azyaşlılar üçün yeməklərhazırlayıb. Bu uşaqlar çimərlik həndbolu yarışlarınıniştirakçılarıydı.

Şəhər sakini cinayəti tamamilə etiraf edib və məhkəmə tərəfindənona azadlığının məhdudlaşdırılması cəzası verilib.

Chosen
55
az.trend.az

1Sources