EN

İqlim savaşı ölkələri ortaq mövqeyə gətirir

Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend iqlim dəyişikliyinin qarşısını almaq üçün dünya liderlərinin birgə fəaliyyət göstərməli olduğunu deyib.

Britaniyalı nazir bununla bağlı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib. Nazir bildirib ki, COP29 zirvəsi ildə bir dəfə dünya liderlərini iqlim dəyişikliyi ilə bağlı hərəkətə keçirmək üçün bir fürsətdir və Birləşmiş Krallıq bu məsələdə həm daxili, həm də beynəlxalq səviyyədə fəal liderlik nümayiş etdirir.

Ed Milibend əlavə edib ki, Britaniya hökuməti iqlim təhlükəsizliyini milli təhlükəsizlik məsələsi kimi görür və gələcək nəsilləri iqlim dəyişikliyinin təhlükəsindən qorumaq üçün beynəlxalq əməkdaşlığın vacibliyinə inanır. "Biz yalnız özümüz üçün deyil, həm də qlobal təhlükəsizliyimiz üçün hərəkət etməliyik. Buna görə də COP29-a qatılaraq bu məsələni dünya liderlərinin diqqətinə çatdırmaq niyyətindəyəm," – deyə Milibend vurğulayıb.

 

Chosen
8
3
xalqqazeti.az

4Sources