EN

ABŞ-ın büdcə kəsiri bir il ərzində dörd dəfə artıb

ABŞ-ın büdcə kəsiri il ərzində dörd dəfə artaraq 250 milyard dolları ötüb...

Oktyabrın sonunda ABŞ-ın büdcə kəsiri 257 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən təxminən dörd dəfə çoxdur.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Nəşr yazır ki, müqayisə üçün ötən ilin oktyabrında ABŞ-ın büdcə kəsiri 67 milyard dollar olub.

Keçən ay prezident Co Bayden administrasiyası ABŞ-ın 2024-cü maliyyə ili üçün (sentyabrda başa çatan) büdcə kəsiri barədə məlumat verib. Ümumi dəyər 1,83 trilyon dollar təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir. Həmçinin əldə olunan nəticə tarixdə üçüncü ən yüksək göstəricidir.

Poliqon.info

Chosen
48
poliqon.info

1Sources