EN

TDT Baş katibi: Türk dövlətləri iqlim problemlərinin həllində maraqlıdır

Türk dövlətləri iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində maraqlıdır və iqlim fəaliyyətlərində fəal iştirak edir.

Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

"Heç bir ölkə iqlim problemlərini tək başına həll edə bilməz. TDT ölkələri də bu istiqamətdə birgə səylər göstərir", - Baş katib qeyd edib.

Onun sözlərinə görə, TDT iqlim gündəliyi üzrə öz təşəbbüslərini ardıcıl şəkildə həyata keçirir.

"Şuşada keçirilən qeyri-rəsmi forumun mövzularından biri iqlim idi. Biz, həmçinin Bişkekdəki TDT sammitində mühüm sazişlər qəbul etmişik. Bu gün isə biz COP29 platformasında səylərimizi birləşdiririk", - K.Ömüralıyev vurğulayıb.

“Report”

Chosen
49
1
ikisahil.az

2Sources