EN

Üzr istəməyi bacarmayan bürclər - Öz səhvlərini qəbul edə bilmirlər

Bəzi bürcdə doğulan insanlar var ki, üzr istəmək əvəzinə, vəziyyəti görməzdən gəlir və ya başqa yollarla kompensasiya etməyə çalışırlar. Bu da onların səhvlərini qəbul edə bilməmə xüsusiyyətlərini üzə çıxarır. Bəs səhvlərini qəbul edə bilməyən insanlar hansı bürclərdəndir?

Şir qüruru və liderlik ruhu ilə tanınır. Özünü səhv görmək və ya üzr istəmək güclü mövqeyinə zidd ola bilər. Səhv etdiyini etiraf etməkdə çətinlik çəkir, üzr istəməkdənsə, hadisəni ört-basdır etməyə və ya münasibəti başqa yolla bərpa etməyə çalışır.

Buğa inadkar xarakteri ilə tanınır və bu inadkarlığın üzr istəməyə də təsiri var. Səhv olduğunu etiraf etməkdənsə, haqlılığını müdafiə etməyə üstünlük verir. Buğalar bir şeydə səhv olduqlarını başa düşmək üçün çox vaxt inandırıcı səy tələb edirlər. Öz həqiqətlərinə ciddi bağlı olan Buğa bürcü, üzr istəməkdənsə, hadisələri zamana buraxmağı üstün tuta bilər.

Qoç rəqabətlidir. Enerjili təbiəti və özünə inamı səhv etdiyi zaman üzr istəməsini çətinləşdirə bilər. Səhv etdiyini etiraf etsə belə, üzr istəmək Qoç bürcünün özünə inamını sarsıda biləcək bir vəziyyət kimi qəbul edilə bilər. Buna görə də üzr istəmək əvəzinə, vəziyyətin keçməsini gözləyə və ya hadisələri başqa istiqamətə yönəltməyə çalışa bilər.


Müəllif: Şəbnəm Zahir
Chosen
30
teleqraf.com

1Sources