EN

300 karatlıq tarixi boyunbağı rekord qiymətə satılıb

Kraliça II Elizabetin tacqoyma mərasimində taxılan və Mari Antuanettanın qalmaqallı süqutu ilə əlaqəsi ola biləcək sirli boyunbağı Cenevrədə keçirilən hərraca qoyulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, boyunbağı hərracda 4,8 milyon dollara satılıb.

Təxminən 300 karatlıq brilyantlarla bəzədilmiş, 18-ci əsrə aid antik boyunbağının 1,8 ilə 2,8 milyon dollar arasında satılacağı gözlənilirdi. Lakin gərgin rəqabətdən sonra yekun qiymət vergilər və komissiyalar daxil olmaqla 4,26 milyon İsveçrə frankı olaraq qeydə alınıb.

Chosen
66
sia.az

1Sources