EN

Trampın ikinci gəlişi Asiyada çox dəngələri dəyişir

Bir həftə öncə Yaponiya məxfi diplomatiyasının baş ustası, Milli Təhlükəsizlik Şurasının baş katibi Takeo AkibaPekində Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü, Mərkəzi Komitənin Xarici Əlaqələr Komissiyasının rəhbəri, xarici işlər naziri Van İ ilə qapalı məsləhətləşmələr aparıb.

Söhbət dörd saat yarım davam edib. Görüşdə, yapon dərin dövlətinin beyni Moskva və Pxenyan arasındakı hərbi əlaqələrdən "dərin narahatlığını" ifadə edib və görünür, Pekindəki tərəfdaşından bu məsələ ilə bağlı müəyyən aydınlıq istəyib. Bununla belə, məlum olub ki, Çin tərəfi Tokiodan Çin prezidenti Si Cinpinlə Yaponiyanın baş naziri Şiqeru İşiba arasında ən qısa zamanda şəxsi görüşü keçirməyi xahiş edib. Noyabrın 15-də Perunun paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq.

Tokio hesab edir ki, Pekini hərtərəfli iqtisadi müharibə ilə hədələyən Donald Trampın ABŞ prezidenti seçilməsi ilə əlaqədar Pekin Tokio ilə əlaqələri yaxşılaşdırmağa və onunla dialoq qurmağa fəal şəkildə can atmağa başlayıb. Yeri gəlmişkən, Çin və Yaponiya müdafiə nazirlərinin noyabrın sonunda Laosda görüşünün keçirilməsinə də qərar verilib və burada Cənub-Şərqi Asiya ölkələrinin hərbi idarə rəhbərlərinin görüşü keçiriləcək. Pekin əvvəllər yaponlar ilə bu cür əlaqələr qurmaqdan çox çəkinirdi. Amma Trampın ikinci gəlişi Asiyada çox dəngələri dəyişir.

Eyni zamanda Peruda Bayden və Si arasında da görüş gözlənilir. Demokratların Trump qarşısında darmadağın edilməsindən sonra Bayden komandasının Si ilə görüşə biləcəyi bir mövzu artıq yoxdur. Lakin Tayvanda sular bulanıqdır. İqtidar Dem partiyanın dəstəyini itirdi və Trump Tayvandakı separatçılar üçün heç də arzulanan fiqur deyildi. ABŞ yardımı təbii ki davam edəcək ancaq bu Taybeyə çox baha başa gələcək. Bir sözlə tayvandakıların cibləri əlində olsa yaxşı olar. Donald onları donlarına qədər soyacaq.......

2

P.S. Yaponiyadakı 300 illik Ailələr, siyasi qruplaşmalar və İmperatorun bu qruplar arasındakı güc balansı haqqında da yazılarım olacaq çox yaxında. 

Pərviz Əliyev

visiontv.az



Chosen
39
visiontv.az

1Sources