EN

İran müharibə hazırlıqlarına başlayıb

İranın paytaxtı Tehranda ikili funksiya daşıyacaq yeni tunelin tikintisinə başlanılıb: sülh dövründə Tehran metro qatarları oradan keçəcək, müharibə olarsa, o, müdafiə xarakteri daşıyacaq”.

Editor.az xəbər verir ki, bu barədə İran paytaxtının nəqliyyat komissiyasının rəhbəri Seyid Cəfər Təşri-Haşimi bildirib. “Tehranda ölkə tarixində ilk dəfə olaraq, Modafean metro stansiyasından İmam Xomeyni xəstəxanasına qədər uzanan və bu tibb mərkəzinə birbaşa çıxışı təmin edən bir müdafiə tuneli tikilir”, – Seyid Cəfər Təşri-Haşimi deyib.

Bu, ölkədə real təhlükə yaranarsa, paytaxt sakinlərinin nisbətən uzun müddət qala biləcəyi ikili funksiyalı ilk strukturdur. İran oxşar bomba sığınacaq mərkəzləri tikməyə davam edəcək, – Haşimi əlavə edib.

//Samir Qurbanov, Editor.az

Chosen
37
editor.az

1Sources