EN

Ermənistanla sərhəddə gizli görüş – Nə baş verir?

Ötən həftə Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirləri müavinlərinin gizli görüşü baş tutub.
BUTA.TV xəbər verir ki. belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib. Nəşr öz mənbəsinə istinadla yazıb ki, 10 nəfərlik Ermənistan nümayəndə heyətinə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun rəsmiləri də daxil imiş. İddia edilib ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub. Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Axurik kəndindən təxminən 1,5 km aralıda yerləşir. Vaxtilə Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edib. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib.

Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib.

Chosen
49
6
buta.tv

7Sources