EN

Beynəlxalq Loqopedlər Günü ictimaiyyətin diqqətini nitq pozulmasının aradan qaldırılmasına cəlb etmək məqsədilə təsis edilib - SN

Bakı. Trend:

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi AygünƏləkbərova Nazirliyin rəsmi saytına müsahibə verib.

Trend həminmüsahibəni təqdim edir:

- Bildiyiniz kimi, 14 noyabr - Beynəlxalq LoqopedlərGünüdür. Beynəlxalq Günün mahiyyəti haqqında qısa məlumatverərdiniz...

- 2004-cü ildən keçirilən Beynəlxalq gün loqopedlərin peşəbayramı hesab olunur.
Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasınınsəbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim,tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğulolur.
Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarlaməşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqindəkommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasınaçalışırlar.
Beynəlxalq Loqopedlər Günü ictimaiyyətin diqqətini nitqpozulmasının aradılmasına cəlb etmək məqsədilə təsis edilib.

- Aygün xanım, uşaqlarda nitqin inkişafına təsir edənamillər hansılardır?

- Nitqin inkişafına mənfi təsir edən 2 əsas amil var. Buradabioloji və sosial-psixoloji amillər nəzərdə tutulur. Biolojiamillərə genetik, nevrolojı, psixi, immun və somatik xəstəlikləraid edilir. Sosial-psixoloji amillər dedikdə isə mikro vəmakromühitdə alınan streslər, depressiyalar, qorxular və s. nəzərdətutulur. Çox vaxt ikidilli (bilinqvizm) və ya tam ünsiyyətdəntəcrid olunan uşaqlarda nitqin inkişafının pozuntusu müşahidəolunur.
Problemdən asılı olaraq, loqoped, psixiatr, nevroloq,otolarinqoloq, stomatoloq, cərrah və digər mütəxəssislərinmüayinəsi tələb olunur.

- Təxminən neçə yaşında uşaqlar artıq səlis danışmağabaşlamalıdılar?

- 3 yaşa kimi uşaqların nitqi səlis olmasa da, rabitəli nitqdənistifadə etməyə başlayırlar. 0-3 yaşa kimi uşağın senso-motorinkişaf dönəmidir. Bu yaş dövründə uşaqlar ətrafda olanlarıöyrənir, adlandırır, analiz edir. 3 yaşdan sonra artıq rabitəlinitq intensiv inkişaf edir. Uşaqların passiv söz ehtiyatı aktiv sözehtiyatına çevrilir. 4 yaşlı uşağın 3000 -3500 yaxın söz ehtiyatıolmalıdır. Praktiki isə 1500 söz istifadə edir. Cümlələr sadə və yamürəkkəb olur. Bu dövürdə uşaqlar bir gün əvvəlki hadisənixatırlayıb danışmalıdırlar. Qurduqları cümlələr 4-8 söz arasıolmalıdır. Sözlər arası əlaqəni analiz etməli və düzgün istifadəetməlidirlər. Əşyaları yaşa uyğun təsvir olunmalıdır. Kiçikşeirləri əzbər danışmalı, öyrəndiyi şeirlərin məzmununu izahetməlidirlər. Situasiyaları nitqə çevirib, nitqin bütünkompanentlərindən istifadəsi tövsiyə olunur.
5 yaşda isə tam şəkildə ətrafdakıları anlayırlar. Bu yaşda sözehtiyatı təxminən 5000-ə yaxın olur. Gündəlik 800-1000 sözdənistifadə edirlər. Cümlələri 6-8 sözdən ibarət və nitq aydın olur.Bütün səsləri düzgün tələffüz edirlər. Dialoqa daxil olur, sualverir, sualları tam cavablandırlar. Süjetli, kiçik mətnləri danışabilirlər. Antonim sözləri başa düşür, nitqində istifadə edirlər.Sözlərin ilk səsini düzgün anlayıb, deyə, şeir əzbərləyə bilirlər.Oxunan mətn haqqında obrazlı danışırlar.
5 yaşdan sonra artıq şifahi nitqdən yazlı nitqə keçid olur vəbeləliklə şifahi nitq daha da zənginləşir.

- Uşaqların uzun müddət telefon, televizor, planşetizləməsi, az ünsiyyətdə olmaları onlarda hansı çətinlikləri yaradabilər?

- Müasir dövrdə texnikanın cəmiyətimizin bir hissəsi olmasınabaxmayaraq, istər nitq qüsuru olan, istər nitq əlilliyi olmayanuşaqlarda uzun müddətli televizor, telefon, planşet və s. istifadəonların dil bacarıqlarının inkişafına mənfi təsir edir. 0-3 yaşarası uşaqlara ümumiyyətlə texnikalardan istifadə məsləhətgörünmür. 3 yaşdan yuxarı uşaqlarda isə bu texnikalardan istifadəməhdud saatlarda olmalıdır.
Texniki vasitələrdən erkən istifadə nitqin inkişafını ləngidir vəünsiyyət problemlərini ağırlaşdırır. Kiçik yaşlarından buvasitələrdən istifadə edən bir çox uşaqlar gələcəkdə mətnləri,şeirləri, hekayələri dinləyərkən, sözlərin cümlələrləəlaqələndirilməsində, mənalarının başa düşülməsində, yaddaşdasaxlamaqda çətinlik çəkirlər.

- Həmçinin oğlan və qızlarda nitqin inkişafınınxüsusiyyətləri və fərqi haqqında bilmək istərdik...

- Nitqin əsas hissəsi sol yarımkürənin mərkəzində yərləşir. Ammamüəyyən fərqlər mövcuddur. İlk öncə oğlan və qızların fiziolojiinkişafının xüsusiyyətlərindən asılıdır. Qızlarda baş beyinqabığındakı nevronlar arası əlaqələr nitqə cavabdeh olan bölgələrdədaha sürətli formalaşır. Oğlanlar qızlara nisbətən gec (2,5-3 yaş)danışmağa başlayırlar. 4-6 yaşlı qızlar daha yaxşı danışırlar,şəkil çəkirlər, lakin istisnalar da mövcuddur.
Məktəb dövründə oğlanlar məntiq və təfəkkürdən istifadə edirlər.Onların riyazi qabiliyyətləri daha çox inkişaf edir. Qızlara isəhekayələr, mətnlər danışmaq, şeirlər əzbərləmək daha asan olur.Oğlan uşaqları ilk sözlərini qızlardan daha gec tələffüz edirlər,lakin bu o demək deyil ki, oğlanlar inkşafdan geri qalır.
Oğlan və qızlar arasında nitqin başa düşülməsində də fərqlərmüşahidə olunur. Qızlar emosional nitqi, oğlanlar isə qısa vəlokanik nitqi daha yaxşı qavrayırlar. Qızlar üçün hisslər vəduyğular vacibdir. Onlar böyüklərin nitqində də bunu hiss etməyəçalışırlar. Oğlan uşaqları isə dəqiq və sadə konstruksiyalı nitqəüstünlük verirlər.

- Valideynlər loqopedik məşğələlərə gedən uşaqlara necədəstək ola bilərlər?

- Nitqin inkişafında emosional kontaktın və münasibətin olmasıçox önəmli rol oynayır. Əgər valideynlər uşaqları ilə emosionalbağlılığı tənzimləyə bilməzsə, bu, uşaqda təkcə onun insanlarlakontaktına yox, həmçinin ünsiyyətin formalaşmasına da maneçiliktörədə bilər. Ona görə də, valideynlər uşaqları ilə canlı ünsiyyətədaha çox üstünlük verməlidirlər. Teatr, muzey, kitabxana kimimaraqlı və maarifləndirici yerlərdə birgə vaxt keçirməkləri dahaməqsədəuyğundur. Oradan aldıqları təəssüratlarını bölüşərək,valideyn öz uşağının daxilində olan müsbət və mənfi potensiallarınıaşkar edə bilər.
Bəzən uşaqların nitqlərində qüsur olmasa da, ünsiyyətdə çətinlikləüzləşirlər. Uşaqların daha ünsiyyətcil olmasında valideynlərin vəyaxın qohumlarının rolu vacib və əvəzolunmazdır.
Loqopedik məşğələrə gedən uşaqların valideynləri isə, nitq əlilliyiolan uşaqlarının inkişafına inamlı yanaşmaq və potensialını bilərəkinkişafını dəstəkləməlidir. Loqopedik korreksiya zamanı müsbətnəticə tez və ya gec özünü göstərəcək. Valideyn isə bu prosesdəuşağına dəstək verərək, onun inkişafına müsbət təsir etməlidir.

- Loqopedik masaj nədir?

- Loqopedik masaj zamanı artikulyar aparata mexaniki təsiredilir. Masaj nitq aparatının əzələsinə, sinirlərinə, qandamarlarının vəziyyətinə müsbət təsir göstərir. Nitq qüsurlarınınkorreksiyası zamanı kompleksli işin proqramına önəm verilir.Masajın sayəsində artikulyar aparatın əzələlərinin tonusu, səslərintələffüzünün normallaşması və düzgün nitqin formalaşmasında mühümrol oynayır.
Loqopedik masaj 10-20 seans aparılır. İlk seanslarda 5-6 dəqiqədənbaşlayaraq, tədricən 10-15 dəqiqəyə kimi artırılmaqla yerinəyetirilir. Hər masaj seans arası 2-3 ay fasilə olmalıdır. Masajınfərqli dəqiqələr ilə olması uşağın, yaxud nitq əlilliyi olan şəxsinyaşından, nitq qüsurunun dərəcəsindən asılıdır.
Loqopedik masajın faydaları olduqca çoxdur. İlk öncə uşağın ümumivəziyyətinə yaxşı təsir edir. Masaj sayəsində üz əzələlərinin qandövranı yaxşılaşır, əzələlərin elastikliyi artır. Sinir sistemindəpozitiv dəyişikliklər müşahidə olunur. Artikulyar aktivlik artır,spazm və parezlər aradan qalxır, nitq aparatının bütün orqanlarınınhərəkətliyi bərpa olur. Loqopedik masaj sərin, havalandırılmasıtez-tez dəyişdirilən otaqda yerinə yetirilməlidir. Masaj zamanıloqopat yarımoturaq, yaxud uzanmış vəziyyətdə olmalıdır.
Sonda qeyd etmək istərdim ki, infeksiyon və virus xəstəlikləriolduğu zaman, üzdə və ağız boşluğunda irinli və dəmirov səpgilərolarkən, qıcolma tutmaları zamanı, yüksək temperatur vəhiperhəssaslıq zamanı masaj əks göstəriş hesab edilir.

Məqalədə:
Chosen
17
2
az.trend.az

3Sources