EN

Tramp onu dövlət katibi təyin edib

Senator Marko Rubio ABŞ-nin Dövlət katibi vəzifəsinə təyin olunması barədə məlumatı təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, Rubio bu haqda özünün “X” səhifəsində yazıb. 

O, ABŞ Dövlət Departamentinə rəhbərlik etməyin böyük məsuliyyət olduğunu və Trampın etimadına layiq görüldüyünü qeyd edib.

Marko Rubio o, prezidentin xarici siyasət proqramını həyata keçirmək üçün çalışacağını bildirib.

“Prezident Trampın rəhbərliyi altında biz Amerika və amerikalıları birinci yerə qoymaqla sülhü təmin edəcəyik”, - deyə Rubio yazıb. 

O, yanvarın 20-də vəzifəyə başlayanda prezidentin öz milli təhlükəsizlik və xarici siyasət komandası olması üçün ABŞ Senatındakı həmkarlarının dəstəyini alacağına ümid etdiyini vurğulayıb. 

Chosen
98
cebheinfo.az

1Sources