EN

Braziliyada 2 partlayış oldü - 1 nəfər öldü

Braziliyada Federal Ali Məhkəmənin (STF) yaxınlığında 2 partlayış baş verib, 1 nəfər dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra Ali Məhkəmənin binası təhlükəsizlik məqsədilə təxliyə edilib.

Partlayışlarda 1 nəfər ölüb, bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib.

Federal Dairə Mülki Polisi tərəfindən verilən açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

İlkin ehtimala görə, bombanın intihar hücumu olduğu bildirilib.
 
Cəmalə
Chosen
31
azxeber.com

1Sources